Xankəndidə həyəcan: “Qızıl Xaç”ın maşınlarından Türkiyə malları çıxdı
“Hraparak”ın məlumatına görə, Ağdam yolu vasitəsilə Xankəndiyə aparılan yük gigiyena vasitələri, Laçın yolu ilə aparılan yük isə undan ibarət olub.
Qeyd edilir ki, ermənilər Ağdam yolu vasitəsilə Xankəndiyə gələn maşınlarda yüklərin sırf Rusiya istehsalı olan məhsullardan ibarət olacağını gözləyirmişlər. Lakin mallar arasında Türkiyədə buraxılan uşaq bezlərinin olması erməniləri həyəcanlandırıb.
“Hraparak” yazır ki, dünən Xankəndidə ermənilər Türkiyə malllarının yandırılmasına çağırış ediblər.
Separatçıların rəhbərliyi Ağdam yolu ilə gətirilən Türkiyə mallarının yalnız ekspertizadan sonra paylanacağını elan edib. (Modern.az)
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


