Kərim Vəliyev Türkiyədə hərbçilərlə görüşüb

   Kərim Vəliyev Türkiyədə hərbçilərlə görüşüb
  19 Sentyabr 2023    Oxunub:729
Sentyabrın 19-da Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Milli Müdafiə Nazirliyinin Hüquq Xidmətinin nümayəndə heyəti ilə görüşüb.
Bu barədə AzVision.az -a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Qonaqları ölkəmizdə görməkdən məmnunluğunu bildirən Baş Qərargah rəisi Azərbaycan Ordusunda hərbi qanunvericilik və Beynəlxalq humanitar hüququn tətbiqi ilə əlaqədar keçirilən maarifləndirici tədbirlərin əhəmiyyətindən danışıb.

Görüşdə hüquq xidmətinin təşkili, hərbi hüquqşünasların xidməti fəaliyyəti və digər sahələrdə ətraflı fikir mübadiləsi aparılıb.

AzVision.az


Teqlər:



Xəbər lenti