Növbəti erməni təxribatı - 2 hərbçimiz yaralandı

 Növbəti erməni təxribatı -  2 hərbçimiz yaralandı
  19 Sentyabr 2023    Oxunub:1008
Sentyabrın 19-u saat 11:45 radələrində Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub.
Bu barədə AzVision.az -a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Nəticədə Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralanıb. Hərbi qulluqçularımıza dərhal ilkin tibbi yardım göstərilib.

Bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb.

AzVision.az


Teqlər:



Xəbər lenti