Radio və telekanallarımız Qarabağ ermənilərini məlumatlandırır
Tədbirlələ əlaqədar onlara hərbi obyektlərdən, hərbi texnikadan, qanunsuz rejimin fəaliyyət göstərdiyi inzibati binalardan uzaq durmaq, hərbi geyimdə olmamaq, üzərlərində silah daşımamaq, yaşadıqları evlərdə qalmaq, tədbirlər keçirilən zonalara daxil olmamaq və təhlükəsizliklə bağlı digər tövsiyələr verilir. Bildirilir ki, tədbirlərin əsas hədəfi hələ də həmin ərazidə qalan Ermənistan Silahlı Qüvvələrinin bölmələri və hərbi infrastrukturdur.
Qarabağdakı cinayətkar rejimin, hərbi xuntanın mövcudluğuna son qoyulmalı, həmin ərazidə Konstitusiya quruluşu bərpa edilməli, əhalinin təhlükəsizliyi, sabitlik və əminamanlıq təmin olunmalı, işğaldan azad olunmuş bütün torpaqlar kimi, həmin ərazilərdə də inkişafın təmin edilməməsi üçün zəruri şərait yaradılmalıdır.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


