Zaxarova: Rusiya Qarabağdakı vəziyyətlə bağlı təmaslar aparır

      Zaxarova:    Rusiya Qarabağdakı vəziyyətlə bağlı təmaslar aparır
  19 Sentyabr 2023    Oxunub:1127
"Rusiya Qarabağdakı vəziyyətlə bağlı Azərbaycanla təmaslar aparır. Rusiya Xarici İşlər Nazirliyi bu təmaslardan sonra açıqlama verəcək".
TASS-ın məlumatına görə, bunu Rusiya diplomatik xidmətinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Ordumuz Qarabağda antiterror əməliyyatlarına başladı


"Düşünürəm ki, yaxın gələcəkdə təmasların nəticələrinə əsasən Xarici İşlər Nazirliyi vasitəsilə müvafiq bəyanat veriləcək”, - deyə diplomat brifinqdə bildirib.

Bundan əvvəl Azərbaycanın Müdafiə Nazirliyi Qarabağ bölgəsində lokal antiterror tədbirlərinə başlandığını elan edib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:  



Xəbər lenti