Ermənistan silahlı qüvvələrinin birləşmələri hərbi təyinatlı obyektlərə mülki şəxsləri cəlb edir
"Məlum olduğu kimi arsenalımızda ən müasir tələblərə cavab verən yüksək dəqiqliye malik silah və döyüş texnikası mövcuddur. Peşəkar hərbi qulluqçularımızın bu silahlardan istifade edilməklə hədəfə aldığı hərbi obyektlərin məhv edilməsi üzrə verilən tapşırıqlar bir çox hallarda məhz hərbi obyektdə mülki şəxslərin olması aşkar edildikdən sonra obyektin hədəfə alınması dayandırılıb", - o qeyd edib.
A.Eyvazov bildirib ki, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin döyüş texnikasını yaşayış məntəqələrində və yaxud onların ətrafında yerləşdirməsinə baxmayaraq, yüksək dəqiqliklə həyata keçirilən atəş nəticəsində yalnız uzunmüddətli atəş nöqtələri, döyüş texnikası və hərbi məqsədler üçün istifadə edilən hərbi infrastruktur sıradan çıxarılır və zərərsizləşdirilir.
AzVision.az
Teqlər: Ermənistan







Vaxtında, Aydın, Lazımlı!


