Müdafiə Nazirliyi Qarabağdakı erməni silahlılarını təslim olmağa çağırıb

   Müdafiə Nazirliyi Qarabağdakı erməni silahlılarını    təslim olmağa çağırıb
  19 Sentyabr 2023    Oxunub:1135
Azərbaycanın Qarabağ iqtisadi rayonunda yerləşən Ermənistan silahlı qüvvələri birləşmələrinin üzvlərini silahı yerə qoyaraq təslim olmağa çağırırıq.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Anar Eyvazov sentyabrın 19-da Qarabağdakı antiterror tədbirləri ilə bağlı keçirilən növbəti brifinqdə deyib.

"Həmçinin ərazidə olan mülki şəxslərə qətiyyən onlara yaxın durmamağı və hər hansı yardım etməməyi tövsiyə edirik. Tövsiyə xarakterli bildirişlər səsgücləndirici və digər texniki vasitələrlə çatdırılır", - o vurğulayıb.

AzVision.az



Teqlər: Müdafiə-Nazirliyi  



Xəbər lenti