Yuri Kim Qarabağdakı lokal antiterror tədbirləri barədə məlumatlandırılıb

Yuri Kim Qarabağdakı lokal antiterror tədbirləri barədə məlumatlandırılıb
  19 Sentyabr 2023    Oxunub:1398
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini vəzifəsini icra edən Yuri Kimlə görüşüb və onu Qarabağdakı lokal xarakterli antiterror tədbirləri barədə məlumatlandırıb.
AzVision.azxəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi sosial şəbəkədə məlumat yayıb.

“BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini vəzifəsini icra edən Yuri Kimlə görüşüb. Regionda baş verən son hadisələr, Azərbaycanın Qarabağ bölgəsində qanunsuz yerləşdirilmiş erməni qüvvələrinin təxribatlarına cavab olaraq görülən tədbirlər müzakirə edilib”, - XİN bildirib.
AzVision.az



Teqlər:



Xəbər lenti