5 ay əvvəl toyu olmuşdu, övlad yolu gözləyirdi

   5 ay əvvəl toyu olmuşdu,    övlad yolu gözləyirdi
  20 Sentyabr 2023    Oxunub:1817
Erməni separatçılarının mina terroru nəticəsində həlak olan polis əməkdaşı Xəzər Zamanovun çox kədərli həyat hekayəsi olub. Bununla bağlı facebook sosial şəbəkəsində Nicat Hüseyn Dağlar yazıb.
"Xəzər körpə yaşlarında atası Azər kişi ilə dənizə gedir. O, Dənizdə üzərkən boğulmaq təhlükəsi ilə üzləşir. Bunu görən atası oğlunun köməyinə yetişir. Ata Xəzəri ölümdən xilas etsə də özü Xəzər dənizinin cəngindən qurtula bilmir və həyatını itirir. Bundan sonra Xəzərin ailəsində ağır günlər başlayır və o, ehtiyacla dolu uşaqlıq illəri keçirir.

Bu gün Xəzər illər öncə onu ölümdən xilas edərkən həyatını itirmiş atasının yanında dəfn olundu. 5 ay əvvəl toyu olmuşdu, övlad yolu gözləyirdi".



AzVision.az


Teqlər:



Xəbər lenti