Müdafiə Nazirliyi brifinq keçirib - VİDEO
Bildirib ki, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin 90-dan artıq döyüş mövqeyi və strateji əhəmiyyətli mövqelər nəzarətə götürülüb. Qarşı tərəfin 7 hərbi nəqliyyat vasitəsi, 4 minaatanı, 1 tankı, 2 piyadaların döyüş maşını (PDM) və xeyli sayda silah-sursatı qənimət olaraq ələ keçirilib.
A.Eyvazov qeyd edib ki, silah-sursatı tükənən erməni silahlıları döyüş meydanını tərk ediblər.
Nazirlik rəsmisi əlavə edib ki, bu gün lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub. Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən qoşunlara müvafiq tapşırıq verilib. Hazırda Azərbaycan Silahlı Qüvvələri tapşırıqları icra edir.
A.Eyvazov, həmçinin vurğulayıb ki, bəzi sosial media hesablarında orduya dəstək adı altında pul və yardım istənilməsi ilə bağlı vətəndaşlara çağırışlar olunur: "Müraciət edirik ki, vətəndaşlar belə çağırışlara heç bir reaksiya göstərməsinlər. Silahlı Qüvvələrin maddi texniki bazasının möhkəmləndirilməsi, həmçinin ərzaq və digər təminatın daha da yaxşılaşdırılması təşkil edilir. Bölmələrimizin istənilən şəraitdə normalara uyğun və fasiləsiz təminatı istiqamətində zəruri tədbirlər planlı şəkildə həyata keçirilir".
***
Müdafiə Nazirliyi Qarabağda lokal xarakterli antiterror tədbirləri ilə bağlı növbəti brifinq keçirir.
AzVision.az xəbər verir ki, nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Anar Eyvazov antiterror tədbirləri barədə məlumat verir.
AzVision.az
Teqlər: