Prezidentin köməkçisi beynəlxalq medianı müəyyən terminologiyalarda ehtiyatlı olmağa çağırıb

   Prezidentin köməkçisi beynəlxalq medianı müəyyən terminologiyalarda ehtiyatlı olmağa çağırıb
  20 Sentyabr 2023    Oxunub:1435
Beynəlxalq medianı müəyyən terminologiyalarda ehtiyatlı olmağa çağırıram.
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xarici İşlər Nazirliyində Bakıda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri üçün brifinqdə deyib.

O qeyd edib ki, “Qarabağda etnik təmizlə” kimi ifadələr işlədilir ki, bunlar qətiyyən qəbuledilməzdir:

“Azərbaycanda bir sıra xalqların yaşamasından ölkə olaraq qürur duyuruq. Eynilə Qarabağ ərazisində Qarabağın erməni sakinlərinin yaşamasına şərait yaradılacaq. Təbii ki, potensial müəyyən narazılıqlar olacaq. Lakin bilinməlidir ki, Azərbaycanın niyyəti onların təhlükəsizliyini təmin etməkdir”.

AzVision.az



Teqlər:



Xəbər lenti