Paşinyan: Qarabağ məsələsindən daxili intriqa üçün istifadə olunur
“Bu fotoşəkillər dərc olunub və mənə aydındır ki, bu, Ermənistan Respublikasında daxili siyasi təlatüm və xaos yaratmaq üçün edilir”, - o qeyd edib.
Paşinyan paytaxtdakı son aksiyalara da toxunub. Onun sözlərinə görə, 1997-1998-ci illərdə baş verən eyni hadisələr təkrarlanır.
“Qarabağ məsələsindən daxili intriqa üçün istifadə olunur”, - Baş nazir əlavə edib.
Paşinyan, İrəvanda davam edən aksiyalarda “bəzilərinin zorakılıq tətbiq etməsinin” məqsədinin “qan tökmək” və təhlükəsizlik qüvvələrini güc tətbiqinə təhrik etmək olduğunu da bəyan edib.(Apa)
AzVision.az
Teqlər: