Qarabağda yaşayan erməni əhaliyə ərzaq göndərildi - FOTOLAR

   Qarabağda yaşayan erməni əhaliyə ərzaq göndərildi -    FOTOLAR
  22 Sentyabr 2023    Oxunub:1604
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin ehtiyaclarının təmin olunması üçün humanitar məqsədlə ərzaq yükünün göndərilməsi qərara alınıb.
Sentyabrın 22-də içərisində müxtəlif ərzaq məhsulları və gigiyenik vasitələr olan 20 tonluq iki yük avtomobili və iki çörək dolu avtomobil Ağdam rayonundan yola salınıb. Yüklər artıq fəaliyyətdə olan Ağdam-Xankəndi yolu ilə ünvana çatdırılacaq və əhaliyə paylanılacaq. Bundan sonra da bu kimi humanitar məqsədli ərzaq yüklərinin çatdırılması təmin olunacaqdır.





















AzVision.az



Teqlər:





Xəbər lenti