FHN-in rəisi: "Yük karvanı Ağdam - Xankəndi yolu ilə hərəkət edəcək"

      FHN-in rəisi:    "Yük karvanı Ağdam - Xankəndi yolu ilə hərəkət edəcək"
  22 Sentyabr 2023    Oxunub:1087
Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) qərarı ilə Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni əhalisi üçün, zəruri ərzaq məhsullarının göndərilməsi nəzərdə tutulub.
Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin rəisi Mirəli Feyziyev deyib ki, sentyabrın 22-də hər birinin tutumu 20 ton olan iki ədəd yük avtomobilində zəruri ərzaq məhsulları və gigiyenik vasitələr, eləcə də iki ədəd içərisində çörək olan avtomobil Ağdam rayonundan Xankəndi istiqamətinə hərəkət edir.

Onun sözlərinə görə, yük karvanı Ağdam - Xankəndi yolu ilə hərəkət edəcək. Karvan təyinat nöqtəsinə çatdıqdan sonra əhaliyə paylanacaq.

M. Feyziyev Qarabağda yaşayan erməni sakinlər üçün bundan sonra da humanitar məqsədli dəstəyin veriləcəyini bildirib. "Bundan sonra da bu kimi humanitar yüklərin göndərilməsi təmin olunacaq”,- deyə FHN rəsmisi bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti