“Silahı yerə qoyan ermənilərə amnistiya tətbiq edilə bilər” - Hikmət Hacıyev
“Hətta keçmiş hərbçi və yaraqlılar barəsində də, əgər onları belə adlandırmaq mümkündürsə, amnistiya tətbiq edilməsi və yaxud bu məsələnin gözdən keçirilməsi nəzərdə tutulur”, - deyə H.Hacıyev qeyd edib.
Onun sözlərinə görə, Qarabağda bəzi erməni birləşmələri və zabitləri Bakının şərtlərini qəbul etməyəcəklərini və müqavimət göstərməyə davam edəcəklərini bəyan ediblər.
Prezidentin köməkçisi Azərbaycanın Qarabağın erməni sakinlərinin dinc reinteqrasiyasını arzu etdiyini vurğulayıb. O, həmçinin xatırladıb ki, Azərbaycan bu gün Qarabağda yaşayan erməni əhaliyə ərzaq yükü göndərib.
AzVision.az
Teqlər: