Naxçıvana avtobus reyslərinin sayı artırılıb

Naxçıvana avtobus reyslərinin sayı artırılıb
  22 Sentyabr 2023    Oxunub:995
Azərbaycan-İran Birgə Komissiyasının Bakıda keçirilən iclasında “Bakı-Naxçıvan-Bakı” müntəzəm avtobus marşrutnun gündəlik hər iki tərəfdən 6-ya çatdırılması ilə bağlı razılıq əldə olunub.
Bu barədə AzVision.az -a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumata görə, “Bakı-Naxçıvan-Bakı” müntəzəm avtobus marşrutu üzrə hazırda Azərbaycan və İran daşıyıcıları tərəfindən gündə 3 reys həyata keçirilir.

İkitərəfli görüşdə, həmçinin Azərbaycanla İran arasında beynəlxalq avtomobil daşımaları sahəsində mövcud vəziyyət, statistik məlumatların mübadiləsi, yük daşımaları, “İcazə” blanklarının kontingenti, avtodaşıyıcıların qarşılaşdıqları problemlər, onların həlli yolları müzakirə edilib və müvafiq qərarlar qəbul olunub.

Komissiyanın iclasında hər iki ölkənin nəqliyyat vasitələrinə tətbiq olunan vergi və rüsumların miqdarı, daşımaların inkişaf perspektivləri də nəzərdən keçirilib.

AzVision.az


Teqlər:





Xəbər lenti