Qazaxda dəhşətli qətl: ər arvadını öldürdü

Qazaxda dəhşətli qətl: ər arvadını öldürdü
  11 İyun 2014    Oxunub:1147
Qazaxda dəhşətli qətl hadisəsi baş verib.
AzVision.az-ın məlumatına görə, Qazax rayon Prokurorluğundan APA-ya bildirilib ki, hadisə iyunun 10-da günorta saatlarında rayonun İkinci Şıxlı kəndində baş verib. Kənd sakini 80 yaşlı Musa Musayev övladlarının evdə olmadığı vaxtda həyat yoldaşı Gülşad Musayevanı qətlə yetirərək sonra onu yandırıb. Yanğın zamanı evin mətbəxi tamamilə yararsız hala düşüb. G.Musayevanın yanmış meyiti ekspertizaya göndərilib. Həyat yoldaşını öldürməkdə şübhəli bilinən Musa Musayev isə Qazax rayon polis şöbəsinə aparılıb.

Faktla bağlı Qazax rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.




Teqlər:  





Xəbər lenti