Nelson Mandelanın 43 yaşlı nəvəsi öldü

   Nelson Mandelanın 43 yaşlı nəvəsi öldü
  26 Sentyabr 2023    Oxunub:1275
Nelson Mandelanın nəvəsi Zoleka uzun sürən xəstəlikdən sonra Cənubi Afrikada 43 yaşında vəfat edib. Bu barədə yerli SABC radiostansiyası onun ailəsinə istinadən məlumat yayıb.
Zoleka bir həftə əvvəl ağır xərçəng diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. O, 2011-ci ildə döş xərçəngindən müalicə olunmuşdu. Sosial bərabərlik uğrunda mübarizə aparan yazıçı və fəal idi.

2016-cı ildə Zoleka Mandela BBC-nin "100 qadından biri" siyahısına düşüb.

Nelson Mandela 1994-1999-cu illərdə Cənubi Afrika Respublikasının prezidenti, aparteid dövründə insan haqları uğrunda mübarizənin ən məşhur fəallarından biri, Nobel Sülh Mükafatı laureatı olub. İnanclarına və fəaliyyətlərinə görə 27 il həbsdə yatıb. Mandela 2013-cü il dekabrın 5-də vəfat edib və Cənubi Afrikadakı doğma kəndində dəfn edilib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti