Qarabağı tərk edən erməninin “dostum” dediyi məşhur azərbaycanlı danışdı
Olke.Az-ın əməkdaşı erməni sakinin açıqlamasından sonra travmatoloq Y.Cəlilovla söhbətləşib.
- Adınızı çəkən erməni həkim kimdir? Tanıdınızmı onu?
- Bildim. O, onkoloqdur. Ad soyadı dəqiq yadımda qalmayıb. Mən Xankəndidə 10 il işləmişəm. Həmin erməni onkoloji xəstəxanada işləyirdi, cərrah idi. Arada görüşürdük. Mən vilayət xəstəxanasında travmatologiya şöbəsinin müdiri idim. Ora gəlib-gedirdi deyə tanıyıram. İclaslarda filan bir yerdə olmuşuq.
- Bilirsiniz ki, artıq birgəyaşayış məsələsi gündəmdədir. Nə vaxtsa həmin həkimlə əlaqə yaratmaq istəyərdinizmi?
- Onunla o qədər də yaxından tanış deyildik. Bilirəm ki, onkoloqdur. O, onkoloji dispanserdə işləyirdi, mən isə vilayət xəstəxanasında. Mən cərrahları yaxşı tanıyırdım. Bununla da salamımız var idi, amma o qədər də yaxından tanış deyildik.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


