Nazirlikdən 75 əlillə bağlı göstəriş

Nazirlikdən 75 əlillə bağlı göstəriş
  12 İyun 2014    Oxunub:1091
Son bir ayda artıq 300 nəfərə yaxın əlilliyi olan şəxsin istirahət zonalarına göndərilməsi təmin olunub.
AzVision.az xəbər verir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən əlilliyi olan şəxslərin istirahətinin təşkili istiqamətində aparılan işlərin davamı olaraq, bu gün daha 75 nəfər əlilliyi olan şəxs xüsusi nəqliyyat vasitəsi ilə Xaçmaz rayonunda yerləşən Nabran istirahət mərkəzinə yola salınıb.

Bununla da son bir ayda ƏƏSMN tərəfindən ölkənin istirahət zonalarında mənalı istirahəti təşkil edilən əlilliyi olan şəxslərin sayı artıq 300 nəfərə yaxındır. ƏƏSMN üzrə müvafiq əmrlə təsdiqlənmiş “2014-ci ildə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na əsasən, cari il ərzində 1062 nəfər əlilliyi olan şəxsin Lənkəran, Şəki və Xaçmaz rayonlarındakı istirahət mərkəzlərinə istirahətə göndərilməsi nəzərdə tutulur.

Əlilliyi olan şəxslərin istirahəti xüsusi proqram əsasında təşkil olunur. Belə ki, istirahət zamanı maraqlı gəzintilər, idman yarışları və viktorinalar, musiqili-əyləncəli tədbirlər və s. keçirilir. Bununla yanaşı, əlilliyi olan şəxslər fizioterapevtik müalicə prosedurlarına cəlb edilirlər.


Teqlər:





Xəbər lenti