Rektor “Facebook”da sualları cavablandırıb

Rektor “Facebook”da sualları cavablandırıb
  13 İyun 2014    Oxunub:1235
ADİU-da "Rektor tələbələrin suallarını cavablandırır" aksiyası sona çatıb. Universitetin rektoru, professor Ədalət Muradov iyun ayının 5-dən 10-dək Facebook sosial şəbəkəsində tələbələr, valideynlər və digər şəxsləri maraqlandıran bütün sualları operativ cavablandırıb.
Bu müddət ərzində rektorun ünvanına 400-dən çox müraciət daxil olub. Rektorun birbaşa göstərişi ilə daxil olan müraciətlərin yerindəcə araşdırılıb tədbir görülməsi məqsədilə aidiyyatı struktur bölmələrə tapşırıqlar verilib.

Layihə çərçivəsində universitetin rəsmi Facebook səhifəsi 20 minə yaxın izləyici tərəfindən oxunub. 10 minə yaxın istifadəçi isə "Rektor tələbələrin suallarını cavablandırır" aksiyasını bəyənib.

Rektor sosial şəbəkədə tələbələri daha çox narahat edən sualları birbaşa cavablandırmaq məqsədi ilə onları görüşə dəvət edib. Görüş zamanı rektor tələblərin müraciətlərini dinləyərək məsələlərin həll edilməsi üçün məsul şəxslərə göstəriş verib.
Dövlət təhsil müəssisələri arasında ilk dəfə ADİU-da reallaşdırılan aksiyanın məqsədi imtahan sessiyası dövründə şəffaflığı artırmaq, tələbələrin rektora və digər rəhbər şəxslərə çıxış imkanlarının asanlaşdırılmasına xidmət etməkdir.

İstifadəçilərin marağını nəzərə alaraq, "Rektor tələbələrin suallarını cavablandırır" layihəsi gələcəkdə də həyata keçiriləcək.


Teqlər:





Xəbər lenti