Bakıda avtobus qəzası: yaralılar var

Bakıda avtobus qəzası: yaralılar var
  13 İyun 2014    Oxunub:1454
Bakıda marşrut avtobusu qəza törədib.
Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün səhər saatlarında Azadlıq prospekti-189 ünvanında qeydə alınıb. 165 saylı xətt üzrə hərəkət edən “Daewoo” markalı sərnişin avtobusu iki minik avtomobili ilə toqquşub. Nəticədə bir neçə nəfər yüngül xəsarət alıb.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Oqtay Şahmalıyev açıqlamasında deyib ki, hadisə ilə bağlı saat 08.45-də təcili yardıma məlumat daxil olub. O.Şahmaliyev qeyd edib ki, 165 saylı xətt üzrə hərəkət edən “Daewoo” markalı sərnişin avtobusunun “Wolksvagen” və “Hyundai” markalı iki minik avtomobili ilə toqquşması nəticəsində yaralananlar var: “Hadisə yerinə 2 təcili yardım briqadası göndərilib. Hadisə nəticəsində 3 nəfər qadın xəsarət alıb və onlar Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yerləşdirilib”.


Teqlər:





Xəbər lenti