Qəzza zolağında atəşkəs HƏMAS-ı cəsarətləndirəcək

   Qəzza zolağında atəşkəs HƏMAS-ı cəsarətləndirəcək
  31 Oktyabr 2023    Oxunub:978
Britaniya Leyborist Partiyasının rəhbəri Key Starmer Qəzza zolağında mümkün atəşkəsin HƏMAS-a cəsarət verəcəyini və dərhal sonrakı aqressiv hərəkətlərə hazırlaşmağa başlayacaqlarını bildirib.
Bu barədə Sky News xəbər verib. Onun sözlərinə görə, atəşkəs HƏMAS-ın oktyabrın 7-də etdiyi hücumu təkrar həyata keçirməsinə imkan yaradacaq.

Eyni zamanda, o qeyd edib ki, Qəzza zolağı “ağlasığmaz dərəcədə” humanitar fəlakətdən əziyyət çəkir. Siyasətçi hesab edir ki, vəziyyəti düzəltmək üçün dərhal humanitar “pauza” elan etmək lazımdır.

Bundan əvvəl Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli radikal HƏMAS qruplaşmasından Qəzza zolağında tibb müəssisələrinin yaxınlığında yerləşən hərbi infrastrukturun yığışdırılmasını tələb edib.

AzVision.az


Teqlər:





Xəbər lenti