Ötən günün kriminal icmalı

Ötən günün kriminal icmalı
  14 İyun 2014    Oxunub:818
İyunun 13-də respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınmış 50 cinayət faktından 20-nin üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 9 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında qeydə alınmış 4 yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər ölmüş, 15 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilib.
Cinayət törətdiyinə görə 23 nəfər tutulmuşdur.


Teqlər:  





Xəbər lenti