Ermənistanın ictimai televiziyası pul yoxluğuna görə Rusiyada yayımlanmır

O qeyd edib ki, müvafiq dövlətlərarası saziş imzalandıqdan sonra Ermənistan tərəfi ilkin olaraq Rusiyada yayım üçün addımlar atmağa çalışıb, lakin məlum olub ki, bunun üçün universal lisenziya yoxdur və Rusiya qanunvericiliyində belə bir şey nəzərdə tutulmayıb.
“Başqa bir problem var: müqavilə imzalanandan, yayım imkanı əldə etdikdən və lisenziya problemi həll edildikdən sonra da televiziyanın Rusiya Federasiyasında yayım imkanı yoxdur”, - o əlavə edib.
Təxmini hesablamalar göstərir ki, Rusiya Federasiyasında yayım üçün hər ay 25 min dollar lazımdır. Rejissorun sözlərinə görə, bu maliyyəni reklamdan yığılan vəsaitlə təmin etmək mümkün deyil.
"Reklamdan gələn gəlirlər yalnız telekanalın texniki yenilənməsinə imkan verir".
Şahanə Rəhimli
AzVision.az
Teqlər: