Vaşinqton Tehrana xəbərdarlıq edib
Məlumata görə, bu, Pentaqonun Suriyadakı silah anbarına hava zərbəsi endirdiyini elan etməsindən sonra baş verib. Departamentin məlumatına görə, bu anbardan İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) istifadə edib. Vaşinqton bu zərbənin, İranın dəstəklədiyi qrupların regiondakı amerikalı əsgərlərə, demək olar ki, gündəlik hücumlarına cavab olduğunu açıqlayıb.
“İsrail və HƏMAS arasında davam edən münaqişə nəticəsində yaranan gərginliyin artması fonunda biz İran, onun İraqdakı, Livandakı qrupları və regional tərəfdaşlarımızla birbaşa əlaqə yaratmaq üçün əlavə addımlar atdıq. Bildirməyə çalışırıq ki, bizim hərəkətlərimiz İsrail və HƏMAS arasındakı münaqişəyə yanaşmanın dəyişməsi demək deyil və regional münaqişəni qızışdırmaq niyyətimiz yoxdur”, - telekanalın istinad etdiyi mənbə deyib.
Pentaqonun təmsilçisi onu da bildirib ki, İraq və Suriyada İranın dəstəklədiyi qrupların hücumlarına cavab olaraq ABŞ Yaxın Şərqdəki bazalarına əlavə “Patriot” batareyaları yerləşdirib.
Qeyd edək ki, Pentaqon daha əvvəl ABŞ-nin Yaxın Şərqə “Patriot” sistemlərini ötürdüyünü bildirsə də, onların sayı və təyinatı barədə açıqlama verməyib.
AzVision.az