Xorvatiyanın müdafiə naziri ağır yaralanıb
Bildirilib ki, qəza nəticəsində 1 nəfər ölüb. Onun nazirliyin əməkdaşı olub-olmadığı məlum deyil.
Həkimlərin sözlərinə görə, 44 yaşlı nazirin həyatı üçün təhlükə yoxdur: “O, kəllə-beyin travması alıb, amma huşu yerindədir”.
Nazirliyin hadisə ilə bağlı yaydığı açıqlamada araşdırmanın aparıldığı qeyd olunub.
Hadisənin səbəbi hələ ki, məlum deyil.
AzVision.az