Suriyaya gedən 3 azərbaycanlı tutuldu

Suriyaya gedən 3 azərbaycanlı tutuldu
  16 İyun 2014    Oxunub:906
Türkiyənin Kilis bölgəsindən qeyri-qanuni yolla Suriyaya keçmək istəyən 3 azərbaycanlı saxlanılıb.
AzVision.az-ın məlumatına görə, Türkiyə polisi ümumilikdə sərhədi keçən 8 nəfəri həbs edib. Onlardan 3-ü azərbaycanlı, 2-i alman, 2-nin isə Səudiyyə Ərəbistan vətəndaşı olduğu bildirilir.

Həmin şəxslərin adları açıqlanmasa da, onlar haqqında ölkədən deportasiya edilmə qərarı verilib.

Sevinc İltifatqızı
AzVision.az



Teqlər:





Xəbər lenti