"Britaniyanın Azərbaycana 35 milyard investisiya yatırıb" - Nazir

 "Britaniyanın Azərbaycana 35 milyard investisiya yatırıb" -    Nazir
  07 Dekabr 2023    Oxunub:1279
"Birləşmiş Krallıq qarşılıqlı əməkdaşlığımız siyasi, iqtisadi, enerji və hümanitar sahələrdə hər ötən gün möhkəmlənir, zənginləşir, güclənir. Ölkələrimiz arasında müxtəlif sənədlər imzalanır. Bunlar bizim münasibətlərimizdə gözəl siyasi bünövrə yaradır".
AzVision.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Azərbaycan və Böyük Britaniya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 6-cı iclasında çıxışı zamanı deyib. O qeyd edib ki, Azərbaycanla Birləşmiş Krallıq arasında saziş mühüm rol oynayacaq.

"Bu iki tərəfli əməkdaşlığımızın genişləndirilməsində mühüm rol oynayacaq. 1995-ci ildən bu günə qədər Böyük Britaniya şirlətlərindən Azərbaycana 35 milyard investiya yatırılıb ki, bunun da 33 milyard ABŞ dolları enerji sahəsinə aiddir.

2022-ci ildə Birləşmiş Krallıqla ticarət dövriyyəsi 1 milyard ABŞ dolları olub ki, bu da 2021-ci illə müqayisədə 55,1 faiz artım deməkdir. Cari ildə dövriyyə 734 milyon ABŞ dolları olub. Əsasən Birləşmiş Krallıqdan maşınlar, avadanlıqlar fermasevtik məhsullar və digər ləvazimatlar əsas idxal olunan mallar olub. Azərbaycan Birləşmiş Krallığa neft və digər avadanlıqlar ixrac edir. Ticarət dövriyyəsinin bu qədər yüksək səviyyədə artması ikitərəfli əməkdaşlığa töhfədir".

İnvestisiya yatırımda xarici investorların cəlbinin ölkəmizin prioritet sahəsi olduğunu deyən nazir qeyd edib ki, Birləşmiş Krallıq uzun illər Azərbaycanın ən böyük investoru olub.

"Hazırda ölkəmizdə 662 Britaniya şirkəti fəaliyyət göstərir. Azad olunmuş ərazilərdə Britaniya şirkətləri 4 layihədə iştirak edir. Krallığın minadan təmizlənməsi istiqamətində səylərini də yüksək qiymətləndiririk. Enerji sektorunda əməkdaşlığımız əsas sahələrindən biridir. BP-nin Azərbaycanda fəaliyyətləri uğurla qarşılanır, ənənəvi enerji ilə yanaşı, şirkətlərlə bərpa olunan enerji sahəsində əməkdaşlığı da genişləndiririk".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti