Bakıda partlayış: SOCAR-ın işçiləri öldü

Bakıda partlayış: SOCAR-ın işçiləri öldü
  19 İyun 2014    Oxunub:1326
İyunun 18-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Azneft” İstehsalat Birliyi H.Z.Tağıyev adına neft və qazçıxarma idarəsinin istismar etdiyi “Qala” sahəsində iki nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.
ARDNŞ-in mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, “Qala” sahəsində ləğv olunmuş köhnə quyuların təmizlənməsi prosesi zamanı beşinci mədən ərazisində 1989-cu ildən ləğv edilmiş 1249 nömrəli quyuda yığılmış qazın partlaması nəticəsində idarənin elektrik və qaz qaynaqçıları - 1965-ci il təvəllüdlü Əliyev Zakir Əsədulla oğlu və 1963-cü il təvəllüdlü Baranov Dmitri Viktoroviç xəsarət alaraq ölüblər.

Hadisənin səbəbləri araşdırılır.

AzVision.az


Teqlər:





Xəbər lenti