Sabah da isti olacaq

Sabah da isti olacaq
  19 İyun 2014    Oxunub:924
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, iyunun 20-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Şimal-qərb küləyi gündüz mülayimləşəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 18-23, gündüz 30-35 dərəcə isti olacaq.

Azərbaycanın əksər rayonlarında iyunun 20-də havanın əsasən yağmursuz keçəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 19-24, gündüz 32-37, dağlarda gecə 11-16, gündüz 22-27 dərəcə isti olacaq.


Teqlər:





Xəbər lenti