38 nəfər həbs edildi - Ötən gün

38 nəfər həbs edildi - Ötən gün
  20 İyun 2014    Oxunub:850
İyunun 18-də respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınmış 62 cinayət faktından 32-nin üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 10 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında qeydə alınmış 5 yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölmüş, 8 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatla bağlı bir fakt müəyyən edilib.

Cinayət törətdiyinə görə 37 nəfər tutulub.


Teqlər:





Xəbər lenti