Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib
  20 İyun 2014    Oxunub:1131
Baş prokuror Zakir Qaralov iyunun 20-də bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Gəncə şəhər prokurorluğunun inzibati binasında Gəncə şəhəri, Göygöl, Samux, Daşkəsən, Xocalı, Goranboy və Kəlbəcər rayonlarından olan vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl Baş prokuror və Şəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev yenidən qurulan Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad edib, Heydər Əliyev Mərkəzi ilə tanış olublar.

Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda Baş prokuror bölgədə yaşayan 100-dən artıq vətəndaşın müraciətlərində qaldırılan və bilavasitə prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan məsələlər üzrə onların qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verilib.

Gün ərzində Baş prokuror tərəfindən qəbul edilən vətəndaşların müraciətlərinin böyük əksəriyyəti elə yerindəcə öz həllini tapıb.

Vətəndaşların ərizə və şikayətlərində qaldırdıqları məsələlərin, o cümlədən konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları ilə əlaqədar və sosial problemlərə aid müraciətlərin bilavasitə prokurorluqda və ya aidiyyəti üzrə müvafiq icra orqanlarında operativ həlli üçün zəruri tədbirlərin görülməsi təmin edilib.

Eyni zamanda, qeyd edilən rayonların prokurorlarının iştirakı ilə müşavirə keçirilməklə cinayətkarlığa qarşı mübarizənin səmərəliliyi və kəsərliliyinin artırılması üçün konkret tapşırıqlar verilmiş, vətəndaşların müraciətlərinə obyektiv baxılması və onların qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşımaları onların diqqətinə çatdırılıb.

Qəbuldan sonra Baş prokuror şəhər İcra Hakimiyyətinin başçısı ilə şəhər prokurorluğunun 4 mərtəbəli müasir və milli memarlıq üslubunda yeni inzibati binasının inşa edildiyi əraziyə gedərək binanın layihələrini əks etdirən stendlərlə tanış olmuş, inşa işlərinin gedişi ilə maraqlanaraq görülən işlər və ətraf ərazinin abadlaşdırılması ilə əlaqədar tövsiyələrini verib.


Teqlər:  





Xəbər lenti