Qafqaz Universitetində yanğın

Qafqaz Universitetində yanğın
  21 İyun 2014    Oxunub:1131
Gecə Abşeron rayonu Xırdalan şəhəri ərazisində Həsən Əliyev küçəsində yerləşən Qafqaz universitetində yanğın olub. Universitetin inzibati işlər üzrə müdiri Sultan Rüstəmovun ANS-ə verdiyi məlumata görə, yanğın universitetin bufetində qeydə alınıb. Bufetdə yerləşən soyuducunun elektrik naqillərindəki qısaqapanma nəticəsində alışma baş verib. Yanğın təxminən 25 kvadrat metr ərazini əhatə edib.

Hadisədən sonra əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürnləri cəlb edilib, qısa zamanda alov nəzarətə götürülüb. Görülən tədbirlər nəticəsinbə yanğının geniş miqyas almasına və təhsil müəssisəsinin digər inzibati otaqlarına keçməsinə imkan verilməyib.

Hadisə zamanı xəsarət alan olmasa da, yanan ərazi yararsız vəziyyətə düşüb. Avlovun qarşısı alındıqdan sonra isə hadisə yerinə nazrliyinin istintaq və təhqiqat şöbəsində araşırma aparıblar. Yanğının dəqiq baş vermə səbəbləri isə bu araşdırimaların sonunda bəlli olacaq.



Teqlər:  





Xəbər lenti