Qafqaz universitetində yanğın: 10 tələbə xilas edildi

Qafqaz universitetində yanğın: 10 tələbə xilas edildi
  21 İyun 2014    Oxunub:1053
Fövqəladə Hallar Nazirliyi Qafqaz Universitetində baş verən yanğınla bağlı rəsmi məlumat yayıb.
Nazirlikdən AzVision.az-a verilən məlumata görə, Xırdalan şəhərində beşmərtəbəli inzibati binanın yataqxanasının 3-cü mərtəbəsində ümumi sahəsi 25 kv.m olan mətbəxində 1 ədəd soyuducusu yanıb. Yanğın zamanı yuxarı mərtəbələrdən 10 nəfər tələbə yanğınsöndürənlər tərəfindən təxliyyə olunub. Yataqxana yanğından mühafizə olunub.

Yanğın saat 03:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Teqlər:





Xəbər lenti