34 nəfər həbs edildi - Ötən gün

34 nəfər həbs edildi - Ötən gün
  21 İyun 2014    Oxunub:835
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 58 cinayət faktı qeydə alınıb, onların da 29-u “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 20 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 9 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 4 nəfər ölüb, 16 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 34 nəfər tutulub.


Teqlər:





Xəbər lenti