ASAN-dan iş təklifi

ASAN-dan iş təklifi
  24 İyun 2014    Oxunub:1183
13 iyun 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın saytında dövlət qulluğunda çalışmaq istəyən şəxlər üçün müsabiqə elan edilib.

Müsabiqədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzləri üzrə də vakant yerlər elan olunub.

Vakant yerlər cari il ərzində açılması nəzərdə tutulan Bərdə və Sabirabad “ASAN xidmət” mərkəzləri üzrə 10 vəzifə və 10 yer olmaqla nəzərdə tutulur.

Müvafiq vakansiyalarla bağlı daha dolğun məlumatları buradan əldə etmək olar.


Teqlər:  





Xəbər lenti