ASAN Könüllülərindən çağırışçı gənclər üçün maraqlı layihə

ASAN Könüllülərindən çağırışçı gənclər üçün maraqlı layihə
  24 İyun 2014    Oxunub:1133
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən Silahlı Qüvvələrin bütün şəxsi heyəti də daxil olmaqla gənc çağırışçılara hər zaman xüsusi diqqət göstərilib.

25 iyun 2014-cü il tarixində vətənpərvərliyin, hərbi xidmətin gənc çağırışçılar arasında təşviq edilməsi məqsədi ilə ASAN Könüllüləri Gənclər Təşkilatı və Azərbaycan Respublikası Peyntbol Federasiyasının birgə təşkilatçılığı ilə Şüvələn qəsəbəsində yerləşən ARENA İdman klubunda Azərbaycan Respublikasının Silahlı Qüvvələri gününə və Silahlı Qüvvələrin yaradılmasının 96 illiyinə həsr olunmuş “Qarabağ” Peyntbol Turniri keçirəcək.

Turnirdə 8 komandanı təmsil edən 40 çağırışçı gəncin iştirakı nəzərdə tutulur.

Qeyd edək ki, forma və məzmununa görə bu cür turnir ilk dəfə keçirilir və təşkilatçılar tərəfindən davamlı olaraq keçirilməsi planlaşdırılır.

Turnirin final və mükafatlandırma mərhələsi saat 15:30-da başlanılacaq.


Teqlər:





Xəbər lenti