45 həbs, 6 ölü, 6 yaralı - Ötən gün

45 həbs, 6 ölü, 6 yaralı - Ötən gün
  25 İyun 2014    Oxunub:882
İyunun 24-də respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınan 87 cinayət faktından 35-nin üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 22 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında qeydə alınmış 6 yol-nəqliyyat hadisəsi nəticəsində 6 nəfər ölüb, 6 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatla bağlı bir fakt müəyyən edilib.

Cinayət törətdiyinə görə 45 nəfər tutulub.


Teqlər:





Xəbər lenti