Bulvarda 2 nəfər özünü dənizə atdı

Bulvarda 2 nəfər özünü dənizə atdı
  26 İyun 2014    Oxunub:818
Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda Dəniz kənarı Milli Park ərazisində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 700 m sağa nəzarətsiz ərazidə) 2 nəfər intihar etmək məqsədilə özlərini dənizə atıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunublar. Həmin şəxslər dalğıc-xilasedicilər tərəfindən xilas edilib və aidiyyəti üzrə təhvil veriliblər.

Əməliyyat saat 02:36-də başa çatıb.


Teqlər:  





Xəbər lenti