Azərbaycanlı jurnalist erməni `cəllad`a qalib gəldi

Azərbaycanlı jurnalist erməni `cəllad`a qalib gəldi
  27 İyun 2014    Oxunub:1368
Qazaxıstanın paytaxtı Astanada Mirzoyan küçəsinin adının dəyişdirilməsi barədə ölkə parlamentində dəfələrlə məsələ qaldırılmışdı. Qazaxıstan Azərbaycanlıları İttifaqı və Astana şəhərindəki “Xəzər“ cəmiyyəti, həmçinin 10 il ərzində AzTV-nin Mərkəzi Asiya Respublikaları üzrə xüsusi müxbiri işləyən Aida Eyvazlı dəfələrlə bu təklifi irəli sürmüşdülər. Bu günlərdə Mirzoyan küçəsinin adı dəyişdirilərək, akademik Kuanış Saptaevin adı verilib.

Jurnalist Aida Eyvazlının sözlərinə görə, Stalinin “cəlladı” olan Levon Mirzoyan 1887- ci ldə Azərbaycanın Şuşa şəhərinin Əşan kəndində doğulub. Güney Qafqazda sovet hakimiyyətinin bərqərar olmasında yüksək fəallıq göstərib. 1925-29-cu illərdə Azərbaycanın Mərkəzi Komitəsinin katibi olub. 1933-cü ildə Mirzoyanı Qazaxıstana Mərkəzi Komitəyə katib təyin edirlər. Və həmin gündən qazaxların repressiyası başlanıb.



Mirzoyan Qazaxıstana katib göndəriləndə Nəriman Nərimanov Mockvaya, Mərkəzi Komitəyə məktub yazır: “Mikoyandan sonra Bakı Komitəsinə Sarkisi rəhbər gətirdilər. İndi Sarkis gedir, yerinə Mirzoyan gəlir. Mirzoyan Azərbaycanda xeyli qətllər həyata keçirib. İndi də onu Qazaxıstana göndərirlər. Məlumdur ki, Mirzoyanın Azərbaycandan Qazaxıstana köçürülməsi təsadüfi deyil. Bu türklərə qarşı düşünülmüş plandır. Bir türk ölkəsindən digərinə getməklə, o burada da ölüm toxumları səpəcək, türk xalqının ən yaxşı nümayəndələrinin ölümünə fərman verəcək”.

Nəriman Nərimanov öz məntiqində yanılmamışdı. Mirzoyan Qazaxıstana gələndən sonra, o qazax xalqının ziyalı və mədəniyyət xadimlərinin siyahını mərkəzə göndərərək, güllələnmə planında nəzərdə tutulmuş rəqəmdən daha çox olmasını tələb edir. Bu istəyinə də çox asanlıqla çatırdı. Həmin gizli sənədlərdən birinin şifrəsi: “14.11.1937-ci il. .. antisovet elementlərə görə bizə 2500 nəfər adamın güllələnməsi müəyyən edilib həbsi barədə limit verilib. Biz belə hesab edirik ki, verilən limit azlıq təşkil edir. Xahiş edirik ki, bu rəqəm 3500 nəfər olsun”.



Lakin bu cəlladın iç üzünü Stalin hiss edir. Anlayır ki, erməni cəlladı ona qarşı da işləyə bilər. 1938-ci ildə NKVD-nin qərarına etiraz etmək istəyində bulunan Mirzoyan, Stalinin şübhələrini daha da artırır. 1938-ci ilin mayında onu teleqramla Mərkəzə çağırırlar. 1939-cu il fevral ayının 26-da Levon Mirzoyan Lefrotovo həbsxanasında güllələnir. Türk xalqının qatı düşməni, özü də türkləri öldürtdüyü gülləyə qurban gedir.

Aida Eyvazlı onu da qeyd edib ki, Almatı şəhərində də Mirzoyanın adına olan küçənin adının dəyişiləcəyinə, Tarzdan isə onun heykəlinin götürüləcəyinə ümid edir: “Mən bir Azərbaycanlı jurnalist kimi Qazaxıstanda ermənilərlə mübarizədə çox əziyyətlər çəkmişəm. Bu xəbər məni çox sevindirdi, çünki bu qələbə əqidədaşlarımızla mənim mübarizəmizin nəticəsidir” (tezxeber.com).





Teqlər:  





Xəbər lenti