Azərbaycanlı milyarder oğluna toy edir

Azərbaycanlı milyarder oğluna toy edir
  27 İyun 2014    Oxunub:931
Bu gün tanınmış iş adamı Hafiz Məmmədov oğluna toy edir.
AzVision.az axşam.az-a istinadən xəbər verir ki, “Baghlan Group”un prezidentinin ortancıl oğlu Sənan Məmmədov sevib-seçdiyi xanımla nikah masasına oturacaq.

Toy mərasimi paytaxtdakı dəbdəbəli otellərdən birində baş tutacaq.

Qeyd edək ki, “Baghlan Group”un prezidenti, “Bakı”, “Lans” və "Şeffild Uensdey"" klublarının sahibi Hafiz Məmmədov üç oğul atasıdır. Bu gün ailə həyatı quracaq Sənan Məmmədov “Atletiko” Madrid klubu ilə əməkdaşlıq üzrə koordinasiya mərkəzinin rəhbəridir. O, Londonun City Universitetinin bakalavr, LSE Universitetinin master dərəcəsini bitirib.


Teqlər:





Xəbər lenti