Şuşa haqqında yeni və maraqlı layihə | VİDEO

   Şuşa haqqında yeni və maraqlı layihə    | VİDEO
  09 May 2024    Oxunub:809
Səhnə adı SİVVA olan bəstəkar-müğənni Sevinc Ağasıyeva “Sabahın xeyir, Şuşa” adlı yeni mahnı və klipini təqdim edib. Mahnının sözləri şair Əyyub Qiyasa, musiqisi Sivvanın özünə aiddir. Həzin, eyni zamanda vətənpərvərlik ruhunda olan mahnıya klip də lentə alınıb.
Ekran işinin rejissoru Emin Muradovdur. Klipdə Şuşa uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olan Pənah Məmmədovun obrazı canlandırılıb, eyni zamanda onun real kadrları yer alıb. Çəkilişlərin bir hissəsi şəhidin təhsil alıdığı Şəki rayonu Orta Zəyzid kənd orta məktəbində, əsas hissəsi isə Şuşada - Cıdır düzü, Molla Pənah Vaqifin məqbərəsi, , Yuxarı Gövhərağa məscidi və digər yerlərdə aparılıb.

Layihənin məqsədi Vətən savaşında şəhidlərimizin qəhrəmanlığını işıqlandırmaq və əzəli Azərbaycan torpağı olan Şuşa haqda yaddaqalan iş ərsəyə gətirməkdir. Əsas mesaj isə budur. Qarabağ xanlığı və Şuşa şəhərinin qurucusu Pənahəli xanın yurdu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz, həmçinin Pənah Məmmədov kimi şəhidlərimizin sayəsində işğaldan azad olunub.

Şuşanın himninə çevriləcək mahnını sizə təqdim edirik.





Teqlər: Şuşa  





Xəbər lenti