14 nəfər həbs edildi - Ötən gün

14 nəfər həbs edildi - Ötən gün
  04 İyul 2014    Oxunub:903
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 65 cinayət faktı qeydə alınlb, onların da 21-i “isti izlər”lə açılıb.
Bu barədə AzVision.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 5 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 6 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 14 nəfər tutulub.


Teqlər:  





Xəbər lenti