İki nəfər ölümdən xilas edildi

İki nəfər ölümdən xilas edildi
  04 İyul 2014    Oxunub:803
Dənizdə batmaqdan xilas edildilər.
AzVision.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda dənizdə (“Nardaran-2” sularda xilasetmə məntəqəsinin ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər Fövqəladə Hallar Nazirliyinin “Nardaran-2” sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən xilas olunub. Əməliyyat saat 19:30-da başa çatıb.

Daha bir şəxs isə Sabunçu rayonunda dənizdə (“Bilgəh” sularda xilasetmə məntəqəsinin ərazisində) batmaq təhlükəsi ilə üzləşib. Həmin şəxs də Fövqəladə Hallar Nazirliyinin “Bilgəh” sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən xilas olunub.

Əməliyyat saat 19:35-də başa çatıb.


Teqlər:





Xəbər lenti