Siyəzəndəki yanğın söndürüldü

Siyəzəndəki yanğın söndürüldü
  07 İyul 2014    Oxunub:1078
Siyəzəndə baş verən dəhşətli yanğın söndürülüb.
Fövqəladə Hallar Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Siyəzən rayonu, Bakı-Quba yolunun 90-cı kilometirliyində Siyəzən Broyler ASC-yə məxsus ümumi sahəsi 8960 kv.m olan sökülmüş sexlərin içərisində məişət tullantıları, ərazidə 3 ha yabanı otlaq sahəsi və Kiçik Həmyə kənd bələdiyyəsinə məxsus 150 ha sahədə kol-kos və 30 ədəd meşə zolağında olan ağac yanıb.

Yaxınlıqdakı cücə sexləri, meşə zolağının qalan hissəsi, üzüm bağları, yaxınlıqdakı fermalar və yaxınlıqdakı yaşayış evləri yanğından mühafizə olunub.

Yanğın saat 06:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:  





Xəbər lenti