Azərbaycanlı Türkiyədə qəzaya düşdü

Azərbaycanlı Türkiyədə qəzaya düşdü
  07 İyul 2014    Oxunub:1160
Türkiyənin Karabük bölgəsində baş verən ağır yol qəzasında Azərbaycan vətəndaşı xəsarət alıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında baş verib.

30 yaşlı Azərbaycan vətəndaşı Ruslan Abdullah, Karabük istiqamətində hərəkət edərkən idarəetməni itirib və onun idarə etdiyi maşın qarşıdan gələn maşınla toqquşub.

Hər iki avtomobilin sürücüsü xəstəxanaya yerləşdirilib. Digər sürücü Fatih Kandakoğlunun vəziyyəti orta ağır kimi qiymətləndirilir.


Teqlər:



Xəbər lenti