Əhaliyə xoş xəbər: ASAN xidmətlər artdı - SİYAHI

Əhaliyə xoş xəbər: ASAN xidmətlər artdı - SİYAHI
  08 İyul 2014    Oxunub:1374
Qısa müddət ərzində əhali arasında böyük rəğbət qazanmış və bu günə qədər 2 milyondan artıq vətəndaşımızın müraciət etdiyi “ASAN xidmət” mərkəzləri tərəfindən göstərilən xidmətlərin dairəsi genişlənməkdədir. Artıq Azərbaycan Respublikasının Mərkəzi Bankı, “Azəriqaz” ASC, “Azərsu” ASC, “Bakıelektrikşəbəkə” ASC, “Azercell” və “Bakcell” şirkətləri də öz müştərilərinə “ASAN xidmət” mərkəzlərində xidmət göstərməyə başlayıblar.

Belə artıq ASAN Xidmət mərkəzlərində vətəndaşlara bu yeni xidmətlərin də göstərilməsinə başlanılıb:

- Mərkəzi Bank tərəfindən Mərkəzləşdirilmiş Kredit Reyestri üzrə qısa arayışın verilməsi;
- “Azəriqaz” ASC və “Azərsu” ASC tərəfindən itirilmiş smart-kartların bərpası;
- `Smart` tipli sayğaclardan istifadə edən abonentlərin şəxsi məlumatlarında dəyişikliklərin edilməsi;
- `Smart` tipli sayğacların istismarı ilə bağlı məlumatın verilməsi;
- Mexaniki sayğacların `smart` tipli sayğaclar və ya `smart` tipli sayğacların digər `smart` tipli sayğaclarla əvəz olunması səbəbindən yeni smart-kartların verilməsi;
- “Bakıelektrikşəbəkə” ASC tərəfindən abunə kodunun açılması və məlumatın yenilənməsi;
- Borclara dair arayışların verilməsi.

Ümumilikdə “ASAN xidmət” mərkəzlərində Mərkəzi Bank tərəfindən əhaliyə 1, “Azəriqaz” ASC tərəfindən 9, “Azərsu” ASC tərəfindən 10, “Bakıelektrikşəbəkə” ASC tərəfindən 4, “Azercell” və “Bakcell” şirkətləri tərəfindən isə müvafiq olaraq 19 və 43 növdə xidmətlər göstərilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti