3 gün davam edən sərgidə gənclər tərəfindən təqdim edilən sağlam həyat tərzilə bağlı rəsm əsərləri nümayiş etdirilib.
Tədbirdə iştirak edən gənclər Tibb Universitetinin tələbələri tərəfindən bir çox istiqamətlər üzrə sağlam həyat tərzilə bağlı məlumatlandırılıblar. Onlara siqaret, narkotika, alkoqol və sair zərərli vərdişlərin ziyanı barədə ətraflı məlumat verilib. Sağlam həyat tərzi keçirməyin üstünlükləri təbliğ olunub.