Dövlət xidmətindən səfərbərlik açıqlaması – ÖZƏL

  08 İyul 2014    Oxunub : 401
Dövlət xidmətindən səfərbərlik açıqlaması – ÖZƏL
Azərbaycanın bəzi bölgələrində ehtiyatda olan hərbçilərin yenidən çağırışına başlanılmasına Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) aydınlıq gətirib.

Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsinin zabiti Nürəddin Heydərov AzVision.az-a açıqlamasında bildirib ki, bu proses müvafiq qanunvericiliyə uyğun olaraq həyata keçirilir:

“Bu, mütəmadi həyata keçirilən prosesdir. Hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikasının qanunun 45- ci maddəsinə əsasən, hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırılırlar. Bu proses də hal -hazırda qanunvericiliyə uyğun olaraq həyata keçirilir”.

Qeyd edək ki, AzVision.az-a daxil olan məlumata görə, həqiqi hərbi xidmətlərini başa vuran əsgərlər qeydiyyatda olduqları hərbi komissarlıqlara çağırılıblar. Onlar səfərbərliyə hazırlıq məqsədi ilə qeydiyyata alınıb, bəziləri isə bir neçə günlük hərbi hissələrə göndəriliblər. Təxris olunan hərbçilərin saytımıza bildirdiyinə görə, onlara hətta 3 ay müddətinə ölkəni tərk etməmək barədə bildiriş təqdim olunub. Bu hal Sumqayıt, Mingəçevir, İsmayıllı və başqa bir neçə şəhər və rayonlarda müşahidə olunur.

Nihadə Eyyubova

Teqlər: